Goranboyda yük maşını maneəyə çırpılıb


Digərləri 14 Avq 2018 23:51:00 189 0

Goranboyda yük maşını  maneəyə çırpılıb

Bakı-Qazax avtomobil yolunun Goranboy ərazisindən keçən hissəsində avtomobil qəzası baş verib.

Son.az "Report"a istinadən bildirir ki, rayonun Goran qəsəbəsi ərazisi ilə hərəkətdə olan "KamAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq yol ayrıcındakı metal maneəyə çırpılıb.

Nəticədə magistral yolda bir müddət qismən tıxac yaranıb. Əraziyə Dövlət Yol Polisi İdarəsinin əməkdaşları cəlb olunub. Hazırda avtomobillərin hərəkəti tam bərpa olunub.

Faktla bağlı araşdırma aparılır.