Azərbaycan nefti ucuzlaşıb


Digərləri 14 Avq 2018 23:32:00 245 0

Azərbaycan nefti ucuzlaşıb

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin son qiyməti 73,75 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,33 dollar/barel azdır.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 13-də 73 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,7 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 13-də 69,57 dollar/barel təşkil edib ki, bu da Trend-ə görə, əvvəlki qiymətdən 0,37 dollar/barel azdır.