Sarıkökü bu ədviyyatla birlikdə istifadə edin


Digərləri 14 Avq 2018 23:25:00 222 0

Sarıkökü bu ədviyyatla birlikdə istifadə edin

Sarıkök ən faydalı ədviyyatlardan biridir. Hal hazırda bütün dünyada sarıkökə olan diqqət daha da artıb.

Bunun səbəbi sarıkökün tərkibində olan "kurkumin" adlı maddənin güclü xərçəng əleyhinə təsiridir.

İrlandiya alimləri sübut ediblər ki, kurkumin xərçəng şişinin inkişafını 50% ləngidir və həmçinin xərçəng hüceyrələrini öldürür.

Son.az saglamolun.az-a istinadən bildirir ki, bir çox alimlər sarıkökü hətta kimyəvi terapiya zamanı istifadə olunan preparatlardan daha effektli hesab edir. Məhz bu səbəbdən müxtəlif ölkələrin alimləri kurkumin əsasında xərçəng əleyhinə preparatların hazırlanması üzərində çalışır.

Sarıkökün bir çox digər faydalı xüsusiyyətləri də var:

- immun sistemini möhkəmləndirir

- orqanizmdə mikrob və virusları öldürür