Yuxu haqqında maraqlı faktlar


Digərləri 14 Avq 2018 23:20:00 403 0

Yuxu haqqında maraqlı faktlar

Xorultu və yuxu görmə birgə baş verə bilməz. Belə ki, insan yatan vaxtı yuxu görürsə, xoruldamır. Xoruldayan zamanı da yuxu görmür.

Ömrümüzün dörddə bir hissəsini  yuxuda olurmuşuq.

Son.az deyerler.org-a istinadən bildirir ki, yuxudan duran zaman,  bütün insanlar gördükləri yuxunun altıda bir hissəsini yadda saxlayırlar - ən  yaxşı halda.

Alimlər sübut ediblər ki, ana bətnində belə, insan yuxu görür.

Platona görə, insanın yuxu görən zaman daxili orqanlarının fəaliyyəti daha da artır. Xüsusilə də, qaraciyərin fəaliyyəti artır.

Elias Howe (1819-1867) tikiş maşını iynəsini yuxuda kəşf edib. Bu zaman o, yuxuda onun üstünə iynə ucuna oxşar nizələrlə hücum edən qorxunc məxluqları görmüşdü.