"ABŞ heç zaman beynəlxalq öhdəliklərə uymayıb"


Dünya 14 Avq 2018 22:44:00 225 0

"ABŞ heç zaman beynəlxalq öhdəliklərə uymayıb"

İran Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ölkəsinin Türkiyəyə dəstəyini, İran dini lideri Ayətullah Əli Xamneyi isə Amerika Birləşmiş Ştatları ilə müzakirələri qadağan etdiyini vurğuladı.

Son.az TRT Azərbaycan-a istinadən bildirir ki,  Qətər mərkəzli "Al-Jazeera" televiziyasına müsahibə verən İran Xarici İşlər naziri ABŞ rəhbərliyinin yürütdüyü siyasətə dair danışdı:

"ABŞ prezidenti Donald Trampın sanksiya çıxışları "şərtsiz danışıqlar" təbliğatından ibarətdir. İran rəsmi Vaşinqtonla təhdidlər kölgəsi altında heç nəyi müzakirə etməyəcək.

ABŞ ilk növbədə sanksiyaları dayandırmalıdır. Amerika ilə danışıqlar yalnız digər ölkələrə hörmət etməsi və sanksiyalardan imtina etməsi zamanı mümkün ola bilər.