Qiyamət günü əməl tərəzisinin meyarı


Digərləri 14 Avq 2018 22:45:00 232 0

Qiyamət günü əməl tərəzisinin meyarı

"Beləliklə kimin ölçülmüş (etiqad, əxlaq və əməl)ləri ağır və dəyərli olsa, belələri həqiqətən nicat taparlar". ("Muminun" 102).

O zaman ki, Qiyamət gəlib çatar, bütün insanlar qəbirlərindən qalxaraq, hesab vermək üçün sıraya düzülərlər. Növbə əməllərin ölçülməsinə gəlib çatar. O kəsin ki, əməlləri daha ağır və dəyərli olar - onlar nicat tapar və Allahın nemətlə dolu behiştinə daxil olarlar. Ancaq o kəslərin ki, əməlləri yüngül və dəyərsiz olar - ziyan çəkənlərdən olarlar.

Son.az deyerler.org-a istinadən bildirir ki, qiyamət günü insanların əməllərini ölçən tərəzi nəinki insanların əməllərini ölçər, əslində batini həqiqətlərindən də xəbər verər. Çünki, əməllərin əsil mənbəyi batindən gələr. Əslində həmin tərəzi insanın batinini ölçər və dəyər verər.

Əlbəttə ki, bu ölçü meyarlarının əsil sahibləri - peyğəmbərlər (ə) və Məsum İmamlar (ə) olacaqdır. Yəni, onların əməlləri, rəftar və əxlaqları bu tərəzinin həqiqi ölçü meyarı olacaqdır. Qalan insanların rəftar və əməlləri onların əməlləri ilə müqayisə olunacaq və dəyərləndiriləcəkdir.