"Qarabağ" UEFA Avropa Liqasının "pley-off" mərhələsində


Digərləri 14 Avq 2018 22:49:31 265 0

"Qarabağ" UEFA Avropa Liqasının "pley-off" mərhələsində

Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarusun BATE komandası ilə qarşılaşıb

Bakı. Azərbaycanın "Qarabağ" futbol klubu UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Belarusun BATE komandası ilə qarşılaşıb. Trend-in məlumatına görə, oyunun 20-ci dəqiqəsində BATE-nin oyunçusu M.İvaniç hesabı açıb - 1:0. Oyunun 54-cü dəqiqəsində "Qarabağ"ın ispaniyalı oyunçusu Miçel hesabı bərabərləşdirib - 1:1. Matçın 77-ci dəqiqəsində "Qarabağ"ın hücumçusu Emeqara ikinci sarı vərəqə alaraq meydandan qovulub. Oyun 1:1 hesabı ilə başa çatıb.