Livanda Türkiyə lirəsinə dəstək kampaniyaları başladı


Dünya 14 Avq 2018 22:36:00 266 0

Livanda Türkiyə lirəsinə dəstək kampaniyaları başladı

Livanın paytaxtı Beyrutda və Sayda şəhərlərində Amerika Birləşmiş Ştatlarının sanksiyalarına qarşı Türkiyə lirəsinə dəstək kampaniyaları başladı.  

Son.az TRT Azərbaycan-a istinadən bildirir ki, məsələ ilə bağlı açıqlama verən Sayda şəhərindəki Revvad İzçi Dərnəyinin rəsmisi Xani Hariri Türkiyənin iqtisadi hücumlarla zəiflətməyə çalışıldığını bildirərək deyib: "Türkiyənin yanındayıq. Bu məqsədlə Türkiyə lirəsinə dəstək kampaniyasına başladıq. Türkiyə iqtisadiyyatını hədəf alan sui-qəsdlərə qarşı başladıq bu kampaniyanı. Bu sadə kampaniyayla ABŞ-dan törədiləm süni böhran qarşısında Türkiyə xalqı ilə həmrəylik içərisində olduğumuzu bildirmək istəyirik. Livan xalzımız da sosial media üzərindən dəstək göstərir."