Gündə 10 min addımın 5 önəmli faydası


Digərləri 14 Avq 2018 22:40:00 265 0

Gündə 10 min addımın 5 önəmli faydası

Diabeti gecikdirir: Gündə nizamlı olaraq atılan 10 min addım insulin müqavimətini sındırıb, diyabetin inkişaf riskini azaldır. İnsulin müqavimətinin sındırılması nəticəsində qanda şəkərin səviyyəsi nizamlanır və xüsusilə ailəvi diabet xəstəliyi olan şəxslərdə diabetin ortaya çıxmasını ləngidir.

Xərçəngə qarşı qoruyucudur: Gündə 10 min addım atmaq eyni zamanda xərçəngə tutulma riskini də azaldır. Məsələn bağırsaq hərəkətlərinin sürətlənməsi sayəsində bağırsaq xərçəngi riski azalarkən, arıqlama sayəsində də bir çox xərşəng növünün qarşısı alınır.

Depressiyaya qarşı təsirlidir​: Gündə 10 min addımla beyindən ifraz olunan endorfin və seratonin kimi maddələr stresi azaldır. Depressiyada istifadə edilən dərmanların əksəriyyəti beyindəki bu maddələrin səviyyəsini artıraraq təsir göstərir.

Dərman istifadə etmədən gündə atılan 10 min addımla depressiya əlamətlərini azalda və diqqəti cəmləmə qabiliyyətini də artıra bilərsiniz.