13 ailə dünyanı necə çalxalayır?


Dünya 14 Avq 2018 21:51:00 206 0

13 ailə dünyanı necə çalxalayır?

Qonşu Türkiyə, İran və Rusiya milli valyutalarının ABŞ dollarına qarşı dəyərdən düşməsi, devalvasiyaya məruz qalması dolların gücü və hökmü haqqında düşünməyi qaçılmaz edir. Hazırda dünyanın bir sıra iqtisadi sektoru məhz dolların pressinqi altında sıradan çıxarılır və ya ciddi itkilərə məruz qalır.

Son.az teleqraf.com-a istinadən dünya dollar imperiyasının yaranma tarixi və gücü haqqında maraqlı məlumatları oxucularına təqdim edir:

Amerika xalqının İngiltərəyə qarşı üsyanı 1776-cı ilə qədər davam etdi. Bu üsyan çərçivəsində ingilis bankirlər üsyançılara hər cür maliyyə dəstəyi verirdi. Bunun qarşılığında isə "Amerika pulunun çap olunması hüququna" sahib olmaları tələbini irəli sürürdü. Bu işdə bankirlər uğur əldə edə bildi. Amerikanın qurucuları sonda ingilis bankirlərin dollar çap etmək hüququnu tanıdı.

1776-cı ildə Amerika İngiltərənin nəzarətindən xilas oldu. Lakin 1865-ci ilə qədər daha böyük fəlakətin girdabına sürükləndiyinin fərqində olmadılar. 1866-ci ildə ABŞ-da vətəndaş müharibəsinə son qoyan Avram Linkoln "müharibə şərtləri səbəbini" əsas gətirərək dollar çapı haqqını bankirlərin əlindən alaraq dövlətin ixtiyarına verdi. ABŞ ilk dəfə Linkolnin dövründə dollar çapını həyata keçirdi. Fəqət bu uzun sürmədi. Bir az sonra prezident Linkoln sui-qəsd qurbanı oldu...

Prezidentin ölümündən sonra "keçmiş düzən" geri qaytarıldı. Bankirlər dollar çap etməyə davam etdi. Sonradan hakimiyyətə gələn prezidentlər üçün bankirlər əsas problem oldu. Sonda ortaq yol tapıldı. 1913-cü ildə FED adlı bank quruldu. Beləcə ABŞ dollarını çap etmək hüququ yalnız FED-ə verildi. FED-in şərikləri tamamilə bankir ailələrindən ibarət idi. FED adında bankda ABŞ adlı dövlətin səhmi belə yox idi. Bankirlər Amerikanı 12 hissəyə bölərək öz aralarında pay-püşk etdilər. Bölgələrdə FED-in ofislərini açaraq özlərinə yaxın şəxsləri bu filiala rəhbər göndərir və maliyyə prosesinə ancaq özləri nəzarət edirdi. Hər bir ofis öz bölgəsində faktiki olaraq Mərkəzi Bankın şöbəsi kimi fəaliyyət həyata keçirirdi. Normalda FED-ə rəhbəri ABŞ prezidenti təyin edirdi, lakin bu təyinatın özü kənardan komediya kimi görünürdü. Çünki bankirlər kimi istəsə FED-ə rəhbər təyin etdirirdilər. Beləcə FED ABŞ dolları çap edir və həm də dövlətin mərkəzi bankı kimi fəaliyyət göstərirdi.

ABŞ bankirləri Avropa qitəsini iki dəfə qana buladıqdan sonra 1944-cü ildə Bretton Voords maliyyə anlaşması ilə dollar beynəlxalq valyuta olaraq qəbul olundu. Faktiki olaraq bu anlaşma ilə 1 dolların 0,888 qram qızıla bərabər olduğu qəbul edildi. Razılaşmaya daxil olan 48 ölkə milli valyutalarını dollara uyğunlaşdırdı. Beləcə məzənnə sistemi, puldəyişmə məntəqəsi yaranmağa başladı. Əslində bundan hər kəs məmnun qalmışdı. Çünki dolların qarşılığı qızıl idi və faktiki qızıla bağlı pul sistemi işləyirdi.