Dollarını milli pula dəyişənə müftə masaj FOTO


Dünya 14 Avq 2018 21:47:00 384 0

Dollarını milli pula dəyişənə müftə masaj  FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra ölkənin bir sıra iş adamları, sahibkarları "yastıq altındakı" dollarların lirəyə dəyişdirilməsini stimullaşdırmaq üçün ən müxtəlif xidmətləri pulsuz təklif edirlər. Hətta bədən masajını və saçkəsdirməni belə.

Son.az virtualaz.org-a istinadən bildirir ki, Ankarada tikinti şirkətlərindən biri dollarlarını türk lirəsinə dəyişən podratçılara pulsuz kran xidməti təklif edir. Min dollar və daha çox valyutanı mübadilə edərək dekontunu şirkətə təqdim edən şəxslər 500 manat dəyərində inşaat materialları  yükqaldırıcı vasitəsilə pulsuz lazımi mərtəbəyə qaldıra bilərlər.

Adıyaman vilayətində kababçı Erkan Türkoğlu Altınşəhər məhəlləsindəki iş yerində dollarını dəyişərək qəbzini təqdim edən şəxsə limitsiz yemək və içki (əlbətdə, alkaqollu içkidən söhbət gedə bilməz) təklif edir.

Çorumun Sungurlu qəsəbəsində isə bərbər Hüsnü Güngör kampaniyaya qoşulub. O da dollarlarını türk lirəsinə dəyişərək qəbzini təqdim edən şəxslərə bayram günü pulsuz bərbər xidməti göstərəcək.


Xəbərə aid fotolar