Tramp sabiq köməkçisinə “it” dedi


Dünya 14 Avq 2018 21:32:00 218 0

Tramp sabiq köməkçisinə “it” dedi

ABŞ prezidenti Donald Trampın sabiq köməkçisi Omarosa Maniqol-Nyumanın memuarları dərc olunduqdan sonra Ağ Evin sahibi "Twitter" səhifəsində müəllifi kəskin tənqid atəşinə tutub.

Son.az oxu.az-a istinadən bildirir ki, şərhlərin birində Tramp sabiq köməkçisinə "it" deyib. Qeyd edək ki, ötən ilin dekabrında Maniqol-Nyuman Ağ Ev aparatının rəhbəri Con Kelli tərəfindən işdən qovulmuşdu.