Yaşamaq üçün ən rahat şəhər


Digərləri 14 Avq 2018 21:39:00 236 0

Yaşamaq üçün ən rahat şəhər

Avstriyanın paytaxtı Vyana Amerikanın "The Economist" jurnalı tərəfindən hər il tərtib edilən yaşamaq üçün ən rahat şəhərlərin reytinqinə başçılıq edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, şəhərlər səhiyyə, sabitlik, mədəniyyət, təhsil və infrastrukturun inkişafı kimi kateqoriyalara əsasən qiymətləndirilib.

Vyana 100 mümkün baldan 99,1 bal toplayıb. Siyahıda ikinci yerdə Avstraliyanın Melburn şəhəri (98,4 bal), üçüncü yerdə isə Yaponiyanın Osaka şəhəri (97,7 bal) qərarlaşıb. Maraqlıdır ki, Vyana və Kopenhagendən başqa, reytinqin ilk onluğuna daxil olan şəhərlərin hamısı Avstraliya, Kanada və Yaponiyada yerləşir.