Stol, çarpayı və bir ev üçün lazım olan digər əşyalar VİDEO


Digərləri 14 Avq 2018 21:08:00 268 0

Stol, çarpayı və bir ev üçün lazım olan digər əşyalar  VİDEO

Rusiyalı bir ailə avtomobillərini evə çevirərək səyahət etməyə qərar veriblər. Ilk olaraq isə Azərbaycana gəliblər. Xəzər Xəbər bu ailənin maraqlı maşınını görüntüləyib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, stol, çarpayı və bir ev üçün lazım olan digər əşyalar...Bunlar hamısı bu köhnə UAZ maşınında kompakt şəkildə yerləşdirilib.

Həştərxan sakinləri Kseniya və Andrey dörd təkər üzərində bir ailənin qala biləcəyi mini ev düzəldiblər. Rusiyalı turistlər artıq xərc etməmək üçün öz təkərli evləri ilə səyahət etməyə qərar veriblər və ilk olaraq Bakını seçiblər. Onlar 2 yaşlı oğlu Lvovu da özləri ilə götürüblər.

Jilenkovı ailəsi avto səyahətə çıxmaq üçün öz bizneslərini satıblar. Uaz maşını alıb ekonom büdcəli, təkərli evi düzəltmək onlara 3 min dollara başa gəlib. Andrey və Kseniya səyahətə çıxmaq üçün bir aya maşını tam hazır ediblər.


Xəbərə aid video