Cana zərər etmədən yeməyə nə qədər duz vurmaq olar?


Digərləri 14 Avq 2018 20:35:00 259 0

Cana zərər etmədən yeməyə nə qədər duz vurmaq olar?

Makmaster Universitetinin (Kanada) alimləri müəyyən ediblər ki, gün ərzində beş qramdan az duzun qəbulu hipertenziya və onunla bağlı ürək-damar xəstəliklərinin inkişafı riskini artırmır.

Son.az oxu.az-a istinadən xəbər verir ki, elmi işin nəticələrinin əks olunduğu məqalə "The Lancet" jurnalında dərc olunub.

Tədqiqatda 95 min 767 könüllü iştirak edib. Yaşları 30-75 arasında olan bu şəxslər dünyanın 369 yaşayış məntəqəsini əhatə ediblər. Alimlər gündəlik natrium duzlarının istehlakını müəyyənləşirmək üçün sidik analizi götürüb, həmçinin qan təzyiqini ölçüblər. Araşdırma zaman 82 min 544 nəfərdə ürək-damar xəstəlikləri tapılıb.