Qəhvə içmək erkən ölüm riskini azaldır


Digərləri 14 Avq 2018 20:20:00 257 0

Qəhvə içmək erkən ölüm riskini azaldır

Alimlər gündə 3-4 fincan qəhvə içən insanların erkən ölüm və ürək xəstəliklərinə tutulma risqlərinin daha az olduğunu müəyyən ediblər.

Son.az deyerler.org-a istinadən bildirir ki, böyük Britaniyanın Saushempton Universitetinin ictimai sağlamlıq üzrə mütəxəssisi Robin Pul bir qrup tədqiqatçı ilə birlikdə, qəhvənin insanın sağlamlığı üzərindəki təsirlərini araşdırmaq üçün tədqiqat aparıblar.

Qrup əvvəllər aparılmış 201 araşdırmanın məlumatlarına və 17 səhiyyə araşdırmasından əldə edilən məlumatları bir yerə toplayaraq, bir nəticə çıxarıblar. Araşdırma qəhvə istehlakının diabet, qaraciyər xəstəliyi, demensiya və bəzi xərçənglərlə bağlı xəstəliklərdə riskin aşağı olması ilə əlaqəli olduğunu müəyyən edib.

Alimlər gündə üç, ya da dörd fincan qəhvə içməyin, hamilə olan qadınlar istisna olmaqla, böyük fayda verdiyini qeyd edib.

Britaniyanın BMJ adlı tibb jurnalında yazılan araşdırmada belə qeyd olunub: "Qəhvə içmək adi istehlak maddələri içində təhlükəsiz görünür".