“Videokamera heç vaxt aldatmır?


Digərləri 14 Avq 2018 20:06:00 197 0

“Videokamera heç vaxt aldatmır?

Yeni kompüter proqramı saxta və gerçək videomaterialı ayırd etməkdə çətinlik yaradacaq

"Videokamera heç vaxt aldatmır" aforizmi artıq keçmişdə qalır. Yeni kompüter proqramı sayəsində ekrandakı adamın hərəkətlərini və üz ifadələrini asanlıqla dəyişmək mümkün olacaq.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Kanadanın Vankuver şəhərində təqdimatı keçirilən bu proqramın alqoritmi eyni anda bir insanın başını ikiyə ayırmağa, gövdənin və gözlərin hərəkətini, üz ifadəsini dəyişməyə imkan verir. Həm də bu dəyişikliklərdən sonra ekspertlərin belə orijinal variantı müəyən etməsi müşkül məsələyə çevrilir.

Prinston Universitetinin kompüter texnologiyası üzrə professoru Adam Finkelsteyn bildirib ki, saxta videokadrlar heyrətamiz dərəcədə realdır. Onun sözlərinə görə, yeni proqram sayəsində dublyaj edilən kinofilmlərdə aktyorların ağız hərəkətlərini konkret dilin daşıyıcısı kimi təqdim etmək mümkündür. Eyni zamanda, professor bu proqramın mobil telefonlarda istifadəsinin fəsadları ilə bağlı xəbərdarlıq edib.


Xəbərə aid foto