Peyğəmbərimizin nübuvvət yükü necə yüngülləşdirildi?


Digərləri 14 Avq 2018 19:45:00 277 0

Peyğəmbərimizin nübuvvət yükü necə yüngülləşdirildi?

Hikmət elə bir İlahi nemətdir ki, gərək insan bədənində yer alsın. Onun sakin olduğu məkan isə, ən müqəddəs məkan olan insan qəlbidir.

Həzrət Peyğəmbər (s) bu haqda buyurur: "Allahın yerdə (feyz) qabları vardır. Bilin ki, bu qablar - həmin qəlblərdir. Allah yanında onların ən sevimlisi - daha riqqətlisi, səfalısı, sərt olanıdır". (Sərt deyildikdə, burada düşmənlərin heç birindən qorxmamaq nəzərdə tutulur).

Əlbəttə, qəlb o zaman İlahi feyzi qəbul edər ki, günah və şübhələrdən uzaq olar. İmam Əli (ə) buyurur: "Pak təbiətli bəndələrin qəbləri - Allahın məkanıdır. Ona görə də hər kim qəlbini pakizə edər, Allah ona lütf nəzəri salar. Əgər belə olarsa, Allah ona sinə genişliyi əta edər. O da bütün yaxşılıqların və başqa bərəkətlərin nazil olmasının başlanğıcı olar".

Allah Təala Quranda buyurur: "Beləliklə, Allah (gözəl keçmişinə xatir) hidayət etmək istədiyi şəxsin sinəsini İslam(ı qəbul etmək) üçün açar.

Olduğu azğınlıqda boşlamaq istədiyi şəxsin sinəsini isə möhkəm tutaraq daraldar, sanki o əziyyətlə səmada yuxarı qalxır. Allah beləcə, iman gətirməyən kəslərin üzərinə murdarlıq qoyar". ("Ənam" 125).