Quran və Tövratda adı çəkilən möcüzəli meyvə


Digərləri 14 Avq 2018 19:35:00 364 0

Quran və Tövratda adı çəkilən möcüzəli meyvə

Əncirin adi həm Müqəddəs Quran, həm Tövrat, həm də İncildə çəkilir.

Əncir və onun qidalı və müalicəvi xüsusiyyətləri insanlara hələ qədim zamanlardan məlumdur. Əncirin faydalı xüsusiyyətləri olduqca çoxdur.

1. Kaliumla zəngin olan əncir ürək üçün çox faydalıdır.

2. Son.az saglamolun.az-a istinadən bildirir ki, rutin maddəsi sayəsində əncir damarları möhkəmləndirir.

3. Əncir B qrupu vitaminləri ilə zəngindir. Bu vitaminlər sinir sisteminin normal fəalliyyəti üçün çox vacibdir. Həmçinin B qrupu vitaminləri qanyaratma sisteminin işini tənzimləyir, qanazlığının qarşısını alır, dəri və saçların gözəlliyi üçün vacibdir.

4. Əncir kalium və qidalı liflərlə zəngindir. Bu 2 maddə bağırsaqların fəaliyyətini tənzimləyir, qəbizliyin qarşısını alır.