Mandzukiç milli karyerasını bitirdi


İdman 14 Avq 2018 19:21:00 255 0

Mandzukiç milli karyerasını bitirdi

Juventus-un futbolçusu Mario Mandzukiç Xorvatiya millisindəki karyerasını başa vurub.

Goal.az-ın məlumatına görə, bu barədə 32 yaşlı hücumçu Xorvatiya Futbol Federasiyasının saytına açıqlamasında bildirib.

Qeyd edək ki, 2007-ci ildən Xorvatiyanın əsas komandasında oynayırdı. O, 89 matçda 33 qol vurub və yığmanın tarixinin ən yaxşı ikinci bombardiridir. M.Madzukiç milli ilə DÇ-2018-in gümüş mükafatçısı olub.