Yerimək bu xəstəlikdən qoruyur


Digərləri 14 Avq 2018 19:15:00 221 0

Yerimək bu xəstəlikdən qoruyur

Mütəxəssislər gündə 1,5-2 kilometr və nəfəsi yüngül kəsəcək şəkildə yeriməyin Alzheimer riskini yarı-yarıya azaltdığını söylədilər.

Alzheimer xəstəliyinin 65 yaş və üzərindəki fərdlərin təxminən 10%-də müşahidə edildiyini ifadə edən ekspertlər bu mövzu barəsində ətraflı məlumat verdilər: "Alzheimer xəstəliyində unutqanlıqdan başqa əlavə qərar verməkdə çətinlik, danışarkən söz tapa bilməmək, insanları tanımamaq, qapanmaq, qəribə davranışlar etmək, tündxasiyyətlik kimi şikayətlər müşahidə edilir. İrəliləyən dövrlərdə xəstə heç bir işini özü görə bilmir və tamamilə başqalarından asılı hala düşür.