Möminə hörmət qoymaq nə deməkdir?


Digərləri 14 Avq 2018 19:10:00 229 0

Möminə hörmət qoymaq nə deməkdir?

Kəramət və kərim sözlərinin mənası - nəciblik, alicənablıq və yaxşılıq çatdırmaqdır. İslam dininin nəzərinə görə, Allah bütün insanlara kəramət vermişdir. İslamın nəzərinə görə, kəramət iki növdür: biri zatidir, biri isə sonradan əldə olunandır.

Zati kəramət bütün insanların fitrətinə qoyulmuşdur. Qurani-Kərim bu haqda buyurur: "Həqiqətən Biz Adəm övladlarına (maddi və mənəvi nemətlərdə atanın varisi olmaqla) kəramət və şərafət bəxş etdik". ("İsra" 70).

Son.az deyerler.org-a istinadən bildirir ki, ancaq sonradan əldə edilən kəramət - möminlərə xas olan sifətlərdəndir. Mömin imanı və təqvası sayəsində Allah tərəfindən olan xüsusi kəraməti əldə edər. Ona görə də möminin hörməti Kəbə evinin hörmətindən də üstün hesab olunur. "Ey insanlar! Şübhəsiz, Biz sizin hamınızı bir kişi və qadından (Adəm ilə Həvvadan) yaratdıq (və ya sizin hər birinizi bir ata və anadan yaratdıq) və sizi bir-birinizi tanıyasınız deyə böyük və kiçik qəbilələr etdik. (Odur ki, sizin aranızda irqi üstünlük yoxdur.) Həqiqətən sizin Allah yanında ən hörmətliniz - sizin ən pəhizkarınızdır". ("Hucurat" 13).

Möminlərə hörmət qoymağın nümunələri:

1. Məsləhət etmək. Allah Təala Həzrət Peyğəmbərinə (s) xitab edərək buyurur ki, insanlarla məsləhət et. Çünki onların da nəzərləri dəyərli ola bilər. Bu da möminlərə edilən kəramət və hörmətin nümunələrindən biri hesab oluna bilər.