Gömrük orqanına bəyan olunmayan müxtəlif avadanlıqlar aşkar edildi


Digərləri 14 Avq 2018 18:58:00 214 0

Gömrük orqanına bəyan olunmayan müxtəlif avadanlıqlar aşkar edildi

Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb.

Son.az bildirir ki, Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, təkrar baxış zamanı nəqliyyat vasitəsindən gömrük orqanıına bəyan olunmayan 36 top müxtəlif ölçülü elektrik kabelləri, 9 qutu plastik kabel kanalları və 12 top elektrik izolyasiya boruları aşkar edilib.


Xəbərə aid fotolar