Duz ürəyin fəaliyyəti üçün mühüm vasitədir


Digərləri 14 Avq 2018 18:50:00 263 0

Duz ürəyin fəaliyyəti üçün mühüm vasitədir

Adətən duzun insan orqanizminə həddən artıq mənfi təsir göstərdiyi söylənilir. O, əksər hallarda mayenin bədəndə qalmasına və arterial təzyiqin yüksəlməsinə gətirib çıxarır. Kanadalı ekspertlər isə xörək duzunun zərəri barədə hər gün eşitdiyimiz mülahizələri təkzib edirlər. Onların fikrincə, duzdan orta miqdarda istifadə edilərsə, bu, ürək-damar sistemi üçün faydalı olar.

Son.az bildirir ki, AZƏRTAC-ın Rusiyanın tibb saytlarına istinadla verdiyi xəbərə görə, alimlərin fikrincə, duzun gündəlik miqdarı Dünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi 5 qramdan azacıq artıq olarsa, bundan sağlamlığa ziyan dəyməz. Rasionda duz çatışmazlığı isə, əksinə, infarkt təhlükəsi yaradır.