Gömrük orqanına bəyan olunmayan müxtəlif avadanlıqlar aşkar edilib (FOTO/VİDEO)


Digərləri 14 Avq 2018 18:42:00 196 0

Gömrük orqanına bəyan olunmayan müxtəlif avadanlıqlar aşkar edilib (FOTO/VİDEO)

Faktla bağlı araşdırma aparılır.

Bakı. Balakən Gömrük İdarəsinin "Mazımçay" gömrük postunda Türkiyədən Azərbaycana idxal gömrük proseduru altında daxil olan yük avtomobili "HCVG vizual - Smiths Detection" yoxlama-baxış sistemindən keçirilib və bu zaman monitorda yük-müşayiət sənədlərində göstərilən mallarla uyğun olmayan təsvirlər görünüb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, təkrar baxış zamanı nəqliyyat vasitəsindən gömrük orqanıına bəyan olunmayan 36 top müxtəlif ölçülü elektrik kabelləri, 9 qutu plastik kabel kanalları və 12 top elektrik izolyasiya boruları aşkar edilib.