Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb


Digərləri 14 Avq 2018 18:15:00 180 0

Qohumunun evindən oğurluq edən şəxs saxlanılıb

Salyan rayonunun Yenikənd kənd sakini olan qadın avqustun 11-də Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək üç gün əvvəl evindən 1600 manat dəyərində qızıl-zinət əşyalarının və 100 manat pulunun oğurlandığını bildirib.

Son.az bildirir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şirvan şəhərində regional qrupundan Trend-ə verilən məlumata görə, Salyan RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Salyan rayonu Yenikənd kənd sakini 40 yaşlı Ramil Hüseynov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməlini etiraf edib. Oğurladığı qızıl-zinət əşyaları satdığı mağazadan maddi sübut kimi götürülüb.