Azərbaycanla Böyük Britaniya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib (FOTO)


Digərləri 14 Avq 2018 18:14:00 283 0

Azərbaycanla Böyük Britaniya arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq imkanları nəzərdən keçirilib (FOTO)

Azərbaycan ilə Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq imkanları mövcuddur və bu sahədə ikitərəfli əlaqələr qurularaq inkişaf etdirilə bilər.

Bakı. Azərbaycan ilə Böyük Britaniyanın müvafiq qurumları arasında əmək, məşğulluq, sosial müdafiə sahəsində əməkdaşlıq imkanları mövcuddur və bu sahədə ikitərəfli əlaqələr qurularaq inkişaf etdirilə bilər. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu nazir Sahil Babayev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının ölkəmizdəki səfiri xanım Karol Mari Krofts ilə nazirlikdə keçirdiyi görüşdə bildirib. Prezident İlham Əliyevin sosial-iqtisadi strategiyasının mərkəzində insan amilinin, vətəndaş firavanlığının dayandığını vurğulayan nazir ölkəmizdə sosial inkişafın təmin edilməsi istiqamətində ötən dövrdə əldə olunan nailiyyətləri diqqətə çatdırıb. O, Azərbaycanda əmək, məşğulluq və sosial müdafiə sahəsində aparılan islahatlar, icra olunan aktiv əmək bazarı proqramları, dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ və tam şəffaf şəkildə göstərilməsi üçün DOST mərkəzlərinin yaradılması yönündə aparılan işlər barədə məlumat verib.