Bərdədə iki avtomobil toqquşdu,


Digərləri 14 Avq 2018 17:56:00 215 0

Bərdədə iki avtomobil toqquşdu,

Bərdə rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Son.az Report-a istinadən bildirir ki, Ağdam rayon sakini Loğman Əhmədovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil hərəkətdə olan zaman Bərdə rayon sakini Azər Xəlilovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. 

Nəticədə "VAZ"ın sürücüsü L.Əhmədov və avtomobildə olan sərnişin Azər Abbasov müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar Bərdə Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı araşdırma aparılır.


Xəbərə aid fotolar