Cerrard sabiq Qəbələ-lini təriflədi


İdman 14 Avq 2018 17:11:00 270 0

Cerrard sabiq Qəbələ-lini təriflədi

Ötən mövsümün ilk yarısını icarə əsasında Qəbələ-də oynayan Endi Hallideylə bağlı çıxış etdiyi Rangers-in baş məşqçisi Stiven Cerard xoş sözlər səsləndirib.

Goal.az xəbər verir ki, dünya futbolunun canlı əfsanəsi 26 yaşlı futbolçunun Şotlandiya Premyer Liqasının 2-ci turunda Saint Mirren-lə matçdakı performansından razı qalıb: "Endi bu mövsüm ilk oyununda yaxşı çıxış etdi. Kluba gələrkən futbolçular haqda fərqli şeylər eşidirdim. Bəzən müsbət sözlər qulağımıza çatmırdı. Amma məncə, insanlara dəyər vermək lazımdır. Hallidey bu oyunda özünü yaxşı tərəfdən göstərdi. O, bütün məşqlərdə yaxşı çalışır. Məncə, biz ona güvənə bilərik. O, oynamaq üçün şansını gözləyirdi və biz bu fürsəti verdik. Onun oynamaq hirsi var. Endi yalnız meydanda deyil, ehtiyatda da vacib futbolçudur. Rangers üçün önəmli oyunçudur".

Qeyd edək ki, Hallidey Qəbələ-də 8 oyun keçirmişdi.