Azərbaycanlı tələbə İran məhkəməsində


Digərləri 14 Avq 2018 16:50:00 211 0

Azərbaycanlı tələbə İran məhkəməsində

İranda Tehran Universitetinin tələbəsi, zəncanlı Pərisa Rəfiinin məhkəmə iclası keçirilib.

Son.az axar.az-a istinadən bildirir ki, azərbaycanlı tələbə fəalın məhkəmə iclası hakim Əhmədzadənin sədrliyi ilə baş tutub. Müttəhimin vəkili Səid Xəlili keçirilən məhkəmə iclası ilə bağlı açıqlama yayaraq müəyyən məsələlərə aydınlıq gətirib. O, müttəhimin qanun çərçivəsindən kənara çıxmadığını, bəraət qərarının çıxarılmasının ədalətli olacağını deyib.