Azərbaycanda Hotellər, Restoranlar və Kafelər Assosiasiyası yaradılacaq


Digərləri 14 Avq 2018 16:32:00 327 0

Azərbaycanda Hotellər, Restoranlar və Kafelər Assosiasiyası yaradılacaq

Azərbaycanda Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının yaradılması üzərində iş aparılır.

Son.az bildirir ki, bu barədə Trend-ə Azərbaycan Dövlət Turizm Agentliyindən bildiriblər.

Assosiasiyanın yaradılması ilə Azərbaycan Avropa Hotellər, Restoranlar və Kafelər Assosiasiyasının (HOTREC) üzvü ola bilər. Bu məsələnin müzakirə olunması məqsədilə HOTREC-in vitse-prezidenti Akos Niklay Azərbaycana gəlib. A.Niklayın artıq Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyevlə görüşdüyü məlumat verilib.