Bundan sonra bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinə də məlumat veriləcək


Digərləri 14 Avq 2018 16:36:00 248 0

Bundan sonra bu barədə Mənzil İnşaatı Dövlət Agentliyinə də məlumat veriləcək

Nazirlər Kabinetinin "Mühəndis-axtarış işlərinin yerinə yetirilməsi Qaydaları"nda dəyişiklik edilib.

Son.az Trend-ə istinadən bildirir ki, qaydaların indiyədək olan variantına əsasən, mühəndis-axtarış işlərinin nəticələrinə əsasən tikinti zamanı bitişik və qonşu obyektlərin texniki vəziyyətinə daimi müşahidə ilə bağlı tədbirlər tikinti layihəsində nəzərdə tutulmalıdır. Deformasiya (zədələnmə) aşkar edildikdə, podratçı tikinti işlərini dərhal dayandıraraq, bu barədə sifarişçiyə, layihəçiyə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına məlumat verməlidir.

Yeni dəyişikliyə əsasən isə deformasiya (zədələnmə) aşkar edildikdə, podratçı tikinti işlərini dərhal dayandıraraq, bu barədə sifarişçiyə, layihəçiyə, Fövqəladə Hallar Nazirliyinə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və yerli icra hakimiyyəti orqanlarına, tikinti işləri Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamına verilmiş torpaq sahəsində aparıldığı hallarda isə həmçinin həmin Agentliyə məlumat verməlidir.

"Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun tətbiqi ilə əlaqədar "Balıqçılıq təsərrüfatı ekspertizasının aparılması Qaydası"na da dəyişiklik edilib.