Bakı metrosundan istifadə edən turistlərin sayında artım var


Digərləri 14 Avq 2018 16:20:00 256 0

Bakı metrosundan istifadə edən turistlərin sayında artım var

Ötən illə müqayisədə bu il Bakı metrosundan istifadə edən əcnəbi turistlərin sayında artım var. Sərnişinlərin hər onundan üçü xaricilərdir.

Son.az bildirir ki, bu barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədov bildirib ki, turistlər ən çox şəhərin mərkəzi hissələrinə üz tutduqları üçün onlar əsasən "İçərişəhər", "Sahil" və "28 May" metro stansiyalarından istifadə edirlər.