Samirlə Niyam arasında nə baş verir?


Şou-biznes 14 Avq 2018 15:28:00 286 0

Samirlə Niyam arasında nə baş verir?

Müğənnilər Niyam Salami və Samir Piriyev yayın əvvəlində Bodrumda restoran açdıqları xəbərini vermişdi.

Son.az axşam.az-a istinadən bildirir ki, hətta restoranın dizaynını Niyam özü hazırlamışdı. Müğənnilərimizin iştirakı ilə məkana təmtəraqlı açılış da olmuşdu.

Niyam hələ bu ilin yanvarında Bodruma köçməsi ilə bağlı açıqlama vermiş, artıq orada yaşayacağını demişdi. Salami bildirib ki, orada həm Azərbaycan milli mətbəxini təbliğ edəcək, həm də restoranda çıxış edəcək. 

Samir və Niyam ortaq etdikləri işləri ilə bağlı sosial şəbəkədə dəfələrlə paylaşımlar ediblər. İyunda isə Niyam Bakıya qayıdıb. Sənətçi Bodruma köçdüyünü desə də, artıq ora getmir. Niyamın eyni zamanda açılan restoranda dediyi kimi çıxış etməməsi də diqqət çəkib.


Xəbərə aid foto