Millimizin Prezident kubokundakı oyun təqvimi məlum oldu


İdman 14 Avq 2018 14:45:00 260 0

Millimizin Prezident kubokundakı oyun təqvimi məlum oldu

17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Qazaxıstanda keçiriləcək “Prezident kuboku” turnirində iştirak edəcək.

Goal.az xəbər verir ki, 6 komandanın mübarizə aparacağı yarışın püşkünün nəticəsinə əsasən, millimiz Qazaxıstan və Qırğızıstanın U-17 yığmaları ilə birgə B qrupunda yer alıb. A qrupunda isə Tacikistan və Krasnodar Akademiyasının U-17 komandası ilə yanaşı, Qazaxıstanın 16 yaşadək futbolçulardan ibarət yığması mübarizə aparacaq.

Avqustun 24-də start götürəcək turnirin ilk oyun günündə, təqvimə əsasən, Azərbaycan yığması meydana çıxmayacaq. Komandamız növbəti gün Qırğızıstan yığması ilə üz-üzə gələcək.

25 avqust, saat 16:00

Qırğızıstan - Azərbaycan

 

26 avqust, saat 16:00

Azərbaycan - Qazaxıstan