FHN və DİN Balakəndə itkin düşən şəxsin axtarışlarını aparır


Digərləri 14 Avq 2018 14:32:00 251 0

FHN və DİN Balakəndə itkin düşən şəxsin axtarışlarını aparır

Balakən rayonunun İtitala kəndi ərazisində naməlum şəraitdə itkin düşmüş 1950-ci il təvəllüdlü Ramazanov Süleyman Müslüm oğlunun axtarışları davam etdirilir.

Son.az bildirir ki, FHN-dən Trend-ə verilən məlumata görə, S.Ramazanovun itkin düşdüyü ehtimal olunan əraziyə yaxın su hövzələrində Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən axtarışlar aparılır.