Azərbaycanda qədim qala aşkarlandı FOTO


Digərləri 14 Avq 2018 14:00:00 217 0

Azərbaycanda qədim qala aşkarlandı  FOTO

İmişli rayonunda qədim qala aşkarlanıb. 

Son.az Report-a istinadən bildirir ki, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndələri tərəfindən Qızıltəpə ərazisində ilk dəfə aparılan arxeoloji qazıntılar zamanı bir çox maddi-mədəniyyət nümunələri tapılıb. 

Hətta Qızıltəpənin müdafiə xarakterli və ciddi qorunan bir qala olduğu aydınlaşıb. İki hissədən ibarət olan Qızıltəpə 5 hektardan çox ərazini əhatə edir. 25 metrə yaxın hündürlüyü olan tarixi abidədən ətrafı çox yaxşı müşahidə etmək olur. Bu yerin bir özəlliyi də ondan ibarətdir ki, qala tamamilə su hövzəsi ilə əhatə olunub. Eyni zamanda müşahidələr zamanı qalanın digər tarixi abidələrlə perpendikulyar yerləşməsi müəyyənləşib. Bundan başqa, araşdırma zamanı hündürlüyün ətrafında qala divarlarının qalıqlarına rast gəlinib.


Xəbərə aid fotolar