İranda müğənnimizə şok:


Digərləri 14 Avq 2018 13:24:00 260 0

İranda müğənnimizə şok:

Güney azərbaycanlıların sevimli müğənnisi Əli Pormehr İranın paytaxtı Tehranda irqçilərin hədəfinə çevrilib.

Son.az axar.az-a istinadən bildirir ki, irqçilər müğənninin konsert posterlərini cıraraq, ayaqlar altına atıblar. Müğənniyə qarşı irqçi davranışdan narahat olan soydaşlarımız isə hər kəsi Əli Pormehrin konsertinə dəvət edib.

Qeyd edək ki, avqustun 17-də Tehranda "İranlıların himayişləri" salonunda konsert keçirməyi planlaşdıran Əli Pormehr Güney Azərbaycanın tanınmış müğənnilərindən biridir. İran televiziyasının "Fitilə" verilişində türklərin təhqir olunmasına etiraz olaraq məşhur "Mən türkəm" mahnısını ifa edən Pormehr soydaşlarımızın böyük rəğbətini qazanmışdı.