Qeyrisabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq


Digərləri 14 Avq 2018 13:09:00 218 0

Qeyrisabit hava şəraiti davam edəcək, şimşək çaxacaq, leysan yağacaq

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti hava şəraiti ilə bağlı xəbərdarlıq edib.

Nazirliyin mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, avqustun 15-də ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edəcək. Bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın leysan xarakterli olacağı ehtimalı var.