Qaradağ sakini maşını hasara vurdu,


Digərləri 14 Avq 2018 13:08:00 213 0

Qaradağ sakini maşını hasara vurdu,

Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az bildirir ki, DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 13-də saat 16 radələrində Qaradağ rayonunun Qobustan qəsəbəsi ərazisində Cəlilabad rayon sakini Zeynal Soltanov idarə etdiyi "VAZ-21074" markalı avtomobili yolun kənarındakı hasara vurub. Nəticədə onun sərnişini - həyat yoldaşı Elza Hüseynova hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son.az