Elnarə onlara belə cavab verdi


Şou-biznes 14 Avq 2018 12:44:00 286 0

Elnarə onlara belə cavab verdi

Müğənni Elnarə Xəlilova ünvanına işləməməsi ilə bağlı deyilən söz-söhbətlərə cavab verib.

Son.az axşam.az-a istinadən bildirir ki, sənətçinin əməkdar artist Röya Ayxanın "Mənə sevgindən bəhs et" mahnısını plagiat adlandırması qalmaqala səbəb olmuşdu. Bir çoxları Elnarənin ünvanına "Gedib bir az işləsin" kimi ifadələr səsləndirib.

Xəlilova bu ittihamlara cavab vermək üçün İnstaqram səhifəsində yeni bir üsula əl atıb. O, yaradıcılığı boyunca səsləndirdiyi mahnılarından görüntülər paylaşaraq izləyicilərinə suallar ünvanlayıb. İfaçı onlardan mahnılarını tanıyıb-tanımadıqlarını soruşub:

"Hesab edək ki, sizə hesabat verirəm. Özümə də maraqlıdır, görüm işləmişəm, ya yox. Bu bir sosioloji sorğudur".