Qripə qarşı “universal” nanovaksin yaradılıb


Digərləri 14 Avq 2018 12:12:00 194 0

Qripə qarşı “universal” nanovaksin yaradılıb

ABŞ-ın molekulyar biologiya mütəxəssisləri insanları və heyvanları A qripinin demək olar ki, bütün ştamlarından qoruyan universal nanovaksinin ilk prototipini yaradıblar.

Bakı. ABŞ-ın molekulyar biologiya mütəxəssisləri insanları və heyvanları A qripinin demək olar ki, bütün ştamlarından qoruyan universal nanovaksinin ilk prototipini yaradıblar. Trend-in məlumatına görə, onlar nanohissəciklərin strukturunda dəyişiklik edərək yağ komponentlərini virusun digər zülal komponentləri ilə əvəz ediblər. Siçanlar üzərində aparılan təcrübə göstərib ki, yeni vaksin gəmiriciləri virusların həm epidemik versiyasına, həm də daha nadir növlərinə aid qrip ştamlarının ölümcül dozalarından qoruyub.