4 tonluq polad sütun maşının qarşısına düşdü:


Digərləri 14 Avq 2018 11:48:00 257 0

4 tonluq polad sütun maşının qarşısına düşdü:

Tailanda polad sütun avtomobildən bir neçə santimetr aralıda yerə düşüb.

Son.az oxu.az-a istinadən bildirir ki, hadisənin videogörüntüləri "Daily Mail" nəşrində yayılıb.

Çəkisi dörd tondan çox olan polad sütun qəflətən qaldırıcı krandan qopur və "Mercedes" markalı ağ rəngli avtomobilin qarşısında yerə düşür. Hadisədən dərhal sonra sürücü və sərnişini maşından çıxır. Kişi qadının özünü pis hiss etdiyi görünür və onu qucaqlayır.

Kadrları arxadan gələn avtomobilin sürücüsü çəkib.

Bildirilir ki, hadisədən sonra biləyindən xəsarət almış sərnişin xəstəxanaya yerləşdirilib. Sürücü xəsarət almasa da, hər ikisi şok vəziyyətinə düşüb.

Videonu izləmək üçün şəklə klikləyin: