Diqqət! Rənglənmə işləri aparılır


Digərləri 14 Avq 2018 11:31:00 274 0

Diqqət! Rənglənmə işləri aparılır

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı- Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 0-45-ci kilometrliyində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılır. İşlər axşam saatlarında qədər yekunlaşdırılacaq.

"Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr Şöbəsindən Son.az-a verilən məlumata görə, sürücülərdən sözügedən yolda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.