Azərbaycanda kartof əkini sahələrində zərərvericilər aşkarlandı:


Digərləri 14 Avq 2018 11:12:00 320 0

Azərbaycanda kartof əkini sahələrində zərərvericilər aşkarlandı:

Tovuz rayonunun aran ərazilərində torpaq mülkiyyətçilərinə məxsus kartof əkini sahəsindən toplanmış ərzaqlıq və toxumluq kartof məhsuluna fitosanitar baxış keçirilib və məhsulun kartof güvəsi ilə sirayətləndiyi müşahidə edilib.

Son.az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyindən Trend-ə verilən məlumata görə, Nazirlik yanında Dövlət Fitosanitar Xidmətinin Tovuz Rayon Bitki Mühafizəsi Mərkəzinin mütəxəssisləri tərəfindən 1200 ton ərzaqlıq və toxumluq kartof məhsulunu zərərvericilərdən mühafizə etmək və zərərvericinin daha geniş ərazilərə yayılmasının qarşısını almaq məqsədi ilə 80 kq "Bassilus Thuringiensis 32000 LUVP" bioloji preparatından istifadə edilməklə, dövlət büdcəsi vəsaiti hesabına bioloji mübarizə işləri həyata keçirilib.


Xəbərə aid fotolar