Salyanda iki avtomobil toqquşdu,


Digərləri 14 Avq 2018 11:14:00 255 0

Salyanda iki avtomobil toqquşdu,

Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

Son.az bildirir ki, DİN-dən Trend-ə verilən məlumata görə, avqustun 13-də saat 15 radələrində Salyan rayonunun Qaraçala qəsəbəsi ərazisində qəsəbə sakinləri İlham Baxşıyevin idarə etdiyi "VAZ-2107" və Vasif İsmayılovun idarə etdiyi "Hyundai" markalı avtomobillər toqquşub.

Xəstəxanaya yerləşdirilmiş İ.Baxşıyev ölüb.

Salyan RPŞ tərəfindən araşdırma aparılır.

Son.az