“Atəşgah” Sığorta Qrupu ilk yarımillikdə 48 milyon sığorta haqqı toplayıb


Digərləri 14 Avq 2018 11:11:00 235 0

“Atəşgah” Sığorta Qrupu ilk yarımillikdə 48 milyon sığorta haqqı toplayıb

Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Qrupu 2018-ci ilin ilk yarımilliyi üçün maliyyə hesabatını təqdim edib.

Bakı. Azərbaycan sığorta bazarının liderlərindən biri olan “Atəşgah” Sığorta Qrupu 2018-ci ilin ilk yarımilliyi üçün maliyyə hesabatını təqdim edib. SQ-dan Trend-ə verilən məlumata görə, şirkətlərin 2018-ci ilin yanvar-iyun ayları ərzində topladığı sığorta haqlarının ümumi həcmi 48 milyon manat təşkil edib. “Atəşgah” Sığorta Şirkətinin cari ilin ilk altı ayı ərzində sığorta haqlarının həcmi 19 840 222 manat təşkil etməklə keçən ilin analoji dövrü ilə müqayisədə 3 191 973 manat və ya 19% artıb. Sığorta ödənişlərinin həcmi isə 9 751 863 manat təşkil edib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 2 223 677 manat və ya 29% çoxdur.