Daha bir ispan futbolçu milli karyerasını bitirdi


İdman 14 Avq 2018 10:48:00 272 0

Daha bir ispan futbolçu milli karyerasını bitirdi

Manchester City-nin futbolçusu David Silva İspaniya milli komandasındakı karyerasını başa vurduğunu açıqlayıb.

Goal.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi bu barədə öz "Twitter" səhifəsində yazıb. 

Qeyd edək ki, David Silva 2006-cı ildən yığma komandanın formasını geyinir. O, İspaniya millisində 129 oyuna 37 qol vurub. David Silva bir dəfə dünya, iki dəfə isə Avropa çempionatının qalibi olub. Daha öncə Xerard Pike də milli komandadakı karyerasının başa çatdığını bildirib.