Ailəsi ilə dalaşdı, təyyarəni evinə çırpdı


Dünya 14 Avq 2018 10:18:00 248 0

Ailəsi ilə dalaşdı, təyyarəni evinə çırpdı

ABŞ-ın Utah ştatında ailəsi ilə dalaşdıqdan sonra polis tərəfindən saxlanılan pilot intihar edib.

Son.az ölkə.az-a istinadən bildirir ki, ifadəsi alındıqdan sonra sərbəst buraxılan pilot təyyarəni öz evinə çırpıb.

42 yaşlı pilotun adı Dueyn Yoddur. Yod bir gün əvvəl ailədaxili şiddətə görə saxlanılmışdı. Bu gün səhər saatlarında isə azadlığa buraxılıb. O, azadlığa buraxılan kimi təyyarəni evinə çırparaq intihar edib.

Polisdən verilən məlumata əsasən "Spanish Fork" hava limanındakı təyyarəni havaya qaldıran Dueyn onu yaşadığı evə çırpıb. Xoşbəxtlikdən evdə olan iki nəfər sağ qalıb. 

Hadisə şahidləri isə insidentdən sonra böyük yanğın başladığını və evin istifadəsiz hala çevrildiyini bildiriblər.


Xəbərə aid foto