Bakının bir neçə rayonu qazsız qalacaq - Hansı?


Digərləri 14 Avq 2018 09:55:21 266 0

Bakının bir neçə rayonu qazsız qalacaq - Hansı?

“Qaz İxrac” İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri aparılacaq.

Bakı. Bu gün Bakının bir neçə rayonu qazsız qalacaq "Azəriqaz" İstehsalat Birliyindən Trend-ə verilən məlumata görə, "Qaz İxrac" İdarəsinin Magistral qaz kəməri sahəsində cari təmir işləri ilə əlaqədar paytaxtın bir neçə rayonunda qaz verilişində fasilələr olacaq. Fasilələr yeni çəkilmiş diametri 530 mm-lik Əzizbəyov dairəsi Modul "30-cu sahə Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 294 metrlik və 325 mm-lik, "30-cu sahə-Qazanlar Qaz Paylayıcı Stansiyası" magistral qaz kəmərinin 125 metrlik hissəsinin mövcüd şəbəkəyə birləşdirilməsi ilə əlaqədardır.